1700

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək. Bir gün ərzində 4 matç baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir. Bu 4 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
13 dekabr (çərşənbə axşamı)
“Zirə” – “Neftçi” – indiyədək görüşməyiblər
“Qarabağ” – “Sumqayıt” – 3 oyun, +3=0-0, top fərqi 9-1
İndiyədək iki dəfə yolları kəsişən komandalar bu duellər çərçivəsində 3 dəfə üz-üzə gəlib. Bütün oyunlarda qalib gələn “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırıb. Ağdmlılar ev matçlarında qol da buraxmayıb.
|
2011/12 |
1/8 final |
Qarabağ (Ağdam) - Sumqayıt Şəhər |
3:0 |
|
2015/16 |
1/4 final |
Qarabağ (Ağdam) - Sumqayıt |
2:0, 4:1 |
“İnter” - “Kəpəz” - indiyədək görüşməyiblər
“Qəbələ” – AZAL – 4 oyun, +2=1-1, top fərqi 3-3
Rəqiblərin əvvəlki iki duelində 4 qarşılaşma baş tutub. İlk oyunun meydan sahibi olan tərəf sonda mərhələ adlayıb. Hər komandanın 1 dəfə mərhələ keçdiyi cütlərdə belə tendensiya var ki, ilk oyunda 2 qol vurulur, cavab matçında qəbələlilər 1:0 hesabı ilə qələbə qazanır.
|
2008/09 |
1/4 final |
Qəbələ - Olimpik (Bakı) |
1:1, 1:0 |
|
2009/10 |
1/8 final |
Olimpik-Şüvəlan (Bakı) - Qəbələ |
2:0, 0:1 |