12.12.2016 10:43
1651
1651
Bu mövsüm PSJ-nin sükanı arxasına Roberto Mançini keçə bilər. Çünki parislilərin rəhbərliyi PSJ-nin baş məşqçisi, ispan mütəxəssisi Unai Emerinin işindən narazıdırlar.
Qeyd edək ki, Emeri cari mövsümün əvvəlindən PSJ-də baş məşqçi kimi çalışır. Onun komandası Fransa çempionatının 17 turundan sonra turnir cədvəlində üçüncü yeri tutur. Lider "Nitsa"dan 4 xal az toplayıb. Həmçinin onun komandası Çempionlar Liqasının 1/8 final mərhələsinində qrupda ikinci yerə çıxıb.