bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo "Qızıl top"un təqdimatında iştirak edə bilməyəcək

12.12.2016 11:18 Oxundu 1854

Madrid "Real"ının əsas ulduzu Kriştianu Ronaldo bu gün keçiriləcək "Qızıl top"un təqdimat mərasimində iştirak edə bilməyəcək. Bunun da müəyyən səbəbi var. Belə ki, "Real"ın məşqçi və futbolçu heyəti klublarasında dünya çempionatında iştirak etmək üçün Yaponiyaya gedib. "Real"ın turnirin 1/2 finalında rəqibi Meksika "Amerika"sı olacaq. (Kolumbiya "Atletiko Nasyonal"ı finala gedən yolda Yaponiyanın "Kasima Antlers" komandasını sınağa çəkəcək).

Qeyd edək ki, yarımfinal görüşləri 14-15 dekabrda, 3-cü yer uğrunda və final matçları isə 18 dekabrda olacaq.