12.12.2016 12:29
1775
1775
Müstəqil Azərbaycan futbolunun beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayev bir neçə gün öncə dünyasını dəyişib. Bununla əlaqədar olaraq, Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk görüşlərindən öncə 1 dəqiqəlik sükut elan olunacaq. Allah rəhmət eləsin. Qeyd edək ki, sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
13 dekabr (çərşənbə axşamı)
15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
17:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
17:00. “İnter” - “Kəpəz”
“İnter Arena”
18:00. “Qarabağ” – “Sumqayıt”
“Azərsun Arena”