12.12.2016 12:43
1805
1805
Uzun müddət zədəli olan “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevin müalicə prosesi başa çatıb. Klubun tibb personalından verilən məlumata görə, müdafiəçinin durumu yaxşıdır. Bununla belə Əliyev bir müddət istirahət etməli və sonra məşqlərə başlamalıdır. Şəhriyarın gələn ilin əvvəlindən məşqlərə çıxması nəzərdə tutulub. Bu isə o deməkdir ki, arxa xətt oyunçusu “İnter”lə kubok, “Qəbələ” ilə çempionat matçlarında komandaya kömək edə bilməyəcək.
Sentyabrda “Qarabağ”la ev oyununda zədələnən futbolçu diz nahiyəsinin iç yan bağında gərilmə və ön çarpaz bağda degenerasiyadan əziyyət çəkib.