12.12.2016 12:59
1698
1698
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalının püşkatması öncə öz fikirlərini bölüşüb. O deyib: "Çempionlar Liqasındaelə bir komanda yoxdur ki, onu favorit hesab etmək olsun. Hər komandanın öz şansı var. Amma mənə elə gəlir ki, püşkatma zamanı kimin daha şanslı olması aydın olacaq. Biz ikinci oyunu evdə keçirəcəyik. Bu da bizə əlavə stimul verəcək".
Qeyd edək ki, "topçular" Çempionlar Liqasının 1/8 finalında "Benfika", "Bavariya", "Bayer", "Real", "Portu", yaxud da "Sevilya" ilə qarşılaşa bilər.