12.12.2016 13:24
1895
1895
Xəbər verdiyimiz kimi, Yaponiyada keçirilən futbol üzrə Klublararası Dünya Çempionatının 1/2 finalında İspaniyanın "Real Madrid" klubu Meksika "Amerika"sı ilə görüşəcək. Meksikanın "Amerika" komandasının baş məşqçisi Rikardo La Volpe oyunla bağlı təəssüratlarını bölüşərkən bildirib ki, bu mərhələyə gəlib çıxmağımız göstərir ki, komandamız ilbəlil püxtələşir: "Onu da deyim ki, biz bura gəzməyə gəlməmişik. O ki qaldı rəqibin adlı-sanlı futbolçularına. Unutmayın ki, oyunu futbolkalardakı adlar udmur. Qalib gəlmək üçün meydanda əzmkarlıq nümayiş etdirmək lazımdır. Mənim komandam çox sərbəst çıxış edəcək, itirəcəyimiz bir şey də yoxdur. Hamı bizə autsayder kimi baxır".