1859
Bu gün Bakıda kişi və qadın taekvondoçular arasında komandalararası dünya çempionatı start götürüb. Hər 2 yarışda Azərbaycan millisi təmsil olunur.
Kişilər
B qrupundan yer alan komandamız ilk görüşünü Belçika taekvondoçularına qarşı keçirib. Taekvondoçularımız rəqiblərini 27:8 hesabı ilə məğlub ediblər. Qrupumuzda 3 komandanın olduğunu nəzərə alsaq, bu qələbə təmsilçimizi yarımfinala da yüksəldib.
Növbəti görüşümüz isə ABŞ-a qarşı olub. Komandamız növbəti qələbəsini qazanmaqda çətinlik çəkməyib. Taekvondoçularımız amerikalıları 42:4 hesabı ilə məğlub edərək, yarımfinalda qrup birincisi kimi iştirak hüququ qazanıblar.
A qrupunda isə İran, Rusiya, Koreya və Türkiyə taekvondoçuları mübarizə aparacaqlar. 7 komandanın qatıldığı yarışda ilk 2 pillənin sahibi yarımfinalda iştirak hüququ qazanacaq.
Qadınlar
Burada da B qrupunda qərarlaşan təmsilçimiz I turda ABŞ idmançıları ilə gücünü yoxlayıb. Görüş komandamız üçün uğurlu alınıb. Taekvondoçularımız 11:6 hesablı qələbəyə sevinib.
II turda Cənubi Koreya ilə üz-üzə gələn komandamız uğurun ardını gətirə bilməyib. Təmsilçimiz 2:24 hesabı ilə uduzub. İdmançılarımız III turda Türkiyəni sınağa çəkəcək.
A qrupunda Çin, Rusiya, İtaliya və Fransa münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarımfinal və final matçları sabah olacaq.
Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq)
Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmi Uqink (73 kq) .