bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

“Şapekoense” cərimələnib

12.12.2016 18:54 Oxundu 1767

Bir çox heyət üzvünü təyyarə qəzasında itirmiş Braziliyanın “Şapekoense” klubu idman ədliyyəsi üzrə ali tribunalı tərəfindən cərimələnib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb klubun Braziliya çempionatının son matçında “Atletiko Mineyro” ilə oyuna çıxmaması olub. Oyun dekabrın 11-də baş tutmalı idi, lakin hər iki klub məlum faciəni nəzərə alaraq meydana çıxmamaq qərarı alıblar. Buna rəğmən, hər iki klub 30 min dollar cərimələnib. Bundan başqa komandalara 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnir baxımından bu görüş heç bir əhəmiyyət daşımayıb. Xatırladaq ki, göyərtəsində “Şapekoense” klubu futbolçularının da olduğu təyyarə noyabrın 29-da Kolumbiyada qəzaya uğramışdı. Qəza nəticəsində 71 nəfər həlak olub, 6 nəfər isə sağ qalıb.