bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Noyer: "Arsenal" futbol oynamağı bacarır"

13.12.2016 03:28 Oxundu 1765

"Bavariya"nın qapıçısı Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.Təcrübəli qolkiper qarşılaşacaqları "Arsenal"ın hazırda əvvəlki illərlə müqayisədə daha güclü olduğunu söyləyib: "Qarşımızda çox mürəkkəb, həm də maraqlı vəzifə var. Bu komanda ötən mövsümlərdən bizə yaxşı tanışdır. "Arsenal"la iki dəfə 1/8 final oyunlarında üz-üzə gəlmişik. Biz "Arsenal"la tez-tez görüşürük. Bu mənada ona yaxşı bələdik. "Arsenal" futbol oynamağı bacarır. Hesab edirəm ki, "Arsenal" əvvəlki illərdən indi daha güclüdür".