bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo: "4 dəfə "Qızıl top" alacağım ağlıma belə gəlməzdi"

13.12.2016 03:55 Oxundu 2026

Dördüncü dəfə "Qızıl top"a layiq görülmüş Kriştianu Ronaldonun öz uğurunu şərh edib: "Bu, mənim üçün çox böyük fəxrdir. Heç vaxt düşünməzdim ki, dörd dəfə bu mükafatı alacağam. Bu uğura görə Portuqaliya yığmasındakı və "Real"dakı həmkarlarıma təşəkkür edirəm. Mən xoşbəxtəm. Onlarsız belə qələbə mümkün deyildir. Bir daha mənə inanan və qayğıma qalanlara təşəkkür edirəm. İldən-ilə öz formasını yüksək səviyyədə saxlamağı bacaran oyunçuların sayı barmaqla sayılası qədərdir. Mən öz nailiyyətimlə fəxr edirəm.

Xatırladaq ki, "Barselonanın" hücumçusu Lionel Messi səsvermədə ikinci, Atletikonun forvardı Antuan Qrizmann üçüncü olub.