13.12.2016 05:00
1667
1667
.jpg)
Kiyev "Dinamo"sunun hücumçusu Andrey Yarmolenko 2016-cı il üzrə Ukraynanın ən yaxşı futbolçusu seçilib. Bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytında məlumat verilib. Məlumata görə, 27 yaşlı forvardla yanaşı, "Şaxtyor"un oyunçuları Taras Stenanenko və Marlos da bu ada iddialı idilər.
Qeyd edək ki, Andrey Yarmolenkonun çıxış etdiyi "Dinamo" ölkə çempionu olmaqla ölkə Superkubokuna da sahib çıxıb. O, bu mövsümdə 14 oyun keçirib və 4 qol vurub. Çempionlar Liqasında keçirdiyi 5 oyunda isə bir dəfə fərqlənib.