bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Dario Frederiko və Kərim Diniyev Bakıdakı “sarı-göylər”ə kömək edə bilməyəcək

13.12.2016 09:48 Oxundu 2227

Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter” ilə səfər qarşılaşmasında Şəhriyar Əliyevlə yanaşı, “Kəpəz” daha iki futbolçunun xidmətindən məhrumdur. Dario Frederiko və Kərim Diniyev Bakıdakı qarşılaşmada “sarı-göylər”ə kömək edə bilməyəcək. Uzun müddət zədəli olan braziliyalı oyuna tam hazır deyilsə, Diniyev xəstələnib. Naxoşlayan futbolçu son iki gündə məşqlərdə iştirak etməyib.

Bu itkilərin fonunda mərkəz müdafiəçilərinin sıraya dönüşü məşqçilər korpusunu sevindirməyə bilməz. Belə ki, ölkə kubokunda zədə səbəbindən öncəki mərhələdə “Şahdağ”la görüşü buraxan Azad Kərimovla Renan Alves ötən həftədən məşqləri bərpa edib. Onların paytaxt təmsilçisi ilə matçda meydana çıxması mümkündür.