bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Fikrət Orman: "Beşiktaş"ın Azərbaycanda da özəl oyunu olacaq"

13.12.2016 10:02 Oxundu 1856

İstanbulda baş verən terrorla əlaqədar "Bursaspor"un rəhbəri Ali Ay televiziya verilişlərinin birinə zəng edərək, "Beşiktaş" klubuna maraqlı təklif irəli sürüb. O, iki komanda arasında xeyriyyə matçının keçirilməsini və oyundan gələcək gəlirin şəhid ailələrinə verilməsini təklif edib. Təklifə cavab verən "Beşiktaş" klubunun prezidenti Fikrət Orman matçın "Bursaspor"un meydanında baş tutmasını istədiklərini qeyd edib. O daha Türkiyə mətbuatında açıqlamasında deyib: "Beşiktaş"ın Azərbaycanda da özəl oyunu olacaq. Hələ həmin görüşün tarixi müəyyənləşdirilməyib. Yanvarın 10-12-si aralığında Antalyada olacağıq. "Bursaspor"un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik".