bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

1/4 final mərhələsinin oyunları başlayır

13.12.2016 10:29 Oxundu 1770

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək. Günün ilk oyunu Qəbələdə keçiriləcək. Eyniadlı komanda Premyer Liqanın autsayderi AZAL-ı sınağa çəkəcək. “Neftçi” “Zirə”nin qonağı olacaq. “İnter Arena”da “bankirlər” “Kəpəz”lə qarşılaşacaq. “Qarabağ” “Sumqayıt”la görüşəcək.

Qeyd edək ki, əvvəlki mərhələdən fərqli olaraq, bu dəfə cütün qalibi 2 oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

13 dekabr

15:00. "Qəbələ" - AZAL
Hakimlər:
Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

17:00. "Zirə" - "Neftçi"
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

17:00. "İnter" - "Kəpəz"
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena"

18:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena"

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 21-də keçiriləcək.