13.12.2016 12:17
1577
1577
2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb. Azərbaycan millisi 11-ci qrupda yer alıb. Milli komandamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq. Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin “üçüncülər” arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə qazanacaq.