bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Tural Nərimanov: "Fikrimcə, cütün taleyi Gəncədə həll olunacaq"

13.12.2016 12:27 Oxundu 2108

Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” dünəndən oyunun hazırlığını artıq başa vurub. Komandanın əhval-ruhiyyəsi yaxşıdır, futbolçular Bakıdakı görüşdə sərfəli nəticəyə köklənib. Bunu “Kəpəz”in saytına açıqlamasında Tural Nərimanov da təsdiq edib: “Aydın məsələdir ki, əvvəlki mərhələdən fərqli “İnter” ilə oyunumuz daha gərgin keçəcək. Oyuna da yaxşı hazırlaşmışıq. Bu mərhələdə cütün taleyini bir yox, iki matç müəyyənləşdirəcək. İlk görüşdə bizə sərf edən nəticəni qazanmağa çalışacağıq ki, evdə daha rahat oynayaq. “İnter” ilə çempionatda həm səfərdə, həm də evdə heç-heçə oynamışıq. Fikrimcə, cütün taleyi Gəncədə həll olunacaq. Bu mərhələni də adlamağa çalışacağıq. Əslində ötən mövsüm də kubokda iddialı idik. Amma gözləmədiymiz halda “Xəzər Lənkəran”a səfərdə uduzduq. Məqsədimiz indi daha irəli getməkdir”.