bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Serbiya, İrlandiya, Kipr və...Azərbaycan

13.12.2016 13:50 Oxundu 2182

Final mərhələsi 2018-ci ildə Finlandiyada keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 52 komanda 13 qrupa bölünüb. Azərbaycan millisi 7-ci qrupda yer alıb. Yığmamız Serbiya, İrlandiya və Kiprlə mübarizə aparacaq .Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar elit-raunda vəsiqə əldə edəcək.Qeyd edək ki, final mərhələsinin meydan sahibi Finlandiya və yarışa elit-raunddan başlayacaq İspaniya ilə Portuqaliya seçmə mərhələdən azaddır.