2097
Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatı bu gün başa çatacaq. Yarışda mübarizəni davam etdirən yığmalar mundialın ən güclüsünün adına aydınlıq gətirəcək.
Qrup mərhələsini lider kimi bitirən Reza Mehmandostun rəhbərlik etdiyi komandamız final üçün digər qrupun ikincisi Türkiyə ilə döyüşüb Qarşılaşma taekvondoçularımız üçün uğurlu alınıb. Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevdən (+87 kq) ibarət komandamız "ay-ulduzlular"ı 33:3 hesabı ilə məğlub etməklə, finala yüksəlib.
Rəqibimiz yarımfinalda Belçikadan güclü olub.
Qadın komandaların yarımfinal görüşlərində Çin Türkiyəni, Cənubi Koreya Rusiyanı məğlub edib.