bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Şapekoense"nin qapıçısı ilin futbolçusu seçildi

13.12.2016 14:35 Oxundu 1831

Braziliyada mövsümün yekunlarına əsasən ilin futbolçusunun adına aydınlıq gəlib. Bu yaxınlarda öz həmkarları ilə birgə təyyarə qəzasında həlak olmuş "Şapekoense"nin qapıçısı Danilo ilin futbolçusu seçilib. Ona azarkeşlərin 48%-i səs verib. Qeyd edək ki, noyabrın 29-də "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si sünyasını dəyişmişdi ki, Danilonun da adı ölənlərin arasında idi.