2052
Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatında qrup mərhələsini lider kimi bitirən Reza Mehmandostun rəhbərlik etdiyi komandamız (kişilərdən ibarət) finala gedən yolda digər qrupun ikincisi Türkiyə ilə döyüşüb və qalib gəlib: 33:3
Həlledici görüşdə rəqib Cənubi Koreya olub. Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevdən (+87 kq) ibarət komandamız asiyalıları 21:5 hesabı ilə məğlub ediblər.
Qadın komandaların yarımfinal görüşlərində Çin Türkiyəni (9:6), Cənubi Koreya Rusiyanı (17:10) məğlub edib. Həlledici görüşdə asiyalıların duelindən isə çinlilər qalib ayrılıblar.