bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Qəbələ" AZAL-ı məğlub etdi

13.12.2016 16:10 Oxundu 1851

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Topaz Premyer Liqasında liderliyi əldən verən "Qəbələ" kubokda AZAL-ı sınağa çəkib. Oyunda hesabı 37-ci dəqiqədə qonaqlar (Mirzağa Hüseynpur, 37) açsalar da, meydan sahibləri ikinci hissədə bərabərlik qolunu (Filip Ozobiç, 61) vurub. Bu qoldan 13 dəqiqə sonra isə Ruslan Qurbanov fərqlənib: 2:1

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

13 dekabr

"Qəbələ" - AZAL - 2:1

Qollar: Filip Ozobiç, 61, Ruslan Qurbanov, 74 - Mirzağa Hüseynpur, 37

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 7. Nika Kvekveskiri, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyubov, 21. Roman Hüseynov, 90. Ramil Hasanov

Baş məşqçi: Roman Qriqorçuk

AZAL: 23. Aqil Məmmədov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 21. David Canelidze, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur

Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 19. Elnur Süleymanov, 9. Röyal Nəcəfov, 16. Aşkan Feyzi, 36. Renat Aşurov

Baş məşqçi: Tərlan Əhmədov