13.12.2016 19:17
2099
2099
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la keçirilən ilk oyunundan sonra "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov "Beşiktaş"la yoldaşlıq oyunu haqqında gəzən xəbərlərə də münasibət bildirib: "Klub rəhbərliyi səviyyəsində danışıqlar olub. Amma ortada dəqiq nəsə yoxdur. Xəbərim var ki, əməkdaşlıq etmək, Bakıda yoldaşlıq görüşü keçirmək istəyirlər. Onların klub nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək".
Bir daha xatırladaq ki, "Qarabağ" - "Sumqayıt" matçı belə nəticələnib: 6:0