14.12.2016 09:53
1685
1685
Polşa millisinin və Münxenin “Bavariya” komandasının hücumçusu Robert Levandovski Almaniya klubu ilə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, futbolçu qarşıdakı beş ildə də “Bavariya”nın formasını geyinəcək. Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.
Polşa yığmasının kapitanı 2014-cü ildə Dortmundun “Borussiya” komandasından transfer olunub. İyirmi səkkiz yaşlı hücumçu “Bavariya”nın heyətində 122 oyunda 86 qol vurub.