14.12.2016 09:59
2125
2125
Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirəcək. İtaliyanın “Konegliano” komandası Bakı təmsilçisini Trevizo şəhərində qəbul edəcək. Görüşün baş hakimi belçikalı Arturo di Giacomo olacaq. Ona rusiyalı həmkarı Andrey Zenoviç kömək edəcək.Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər
ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.