bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Mərhələnin seçimləri AFFA tərəfindən aparılacaq

14.12.2016 10:12 Oxundu 1727

Dekabrın 19-dan 21-dək Mingəçevir və Gəncə şəhərlərində ilk dəfə olaraq “Coca-Cola Məktəbli Kuboku”nun məktəbdaxili mərhələsi təşkil olunacaq.

İndiyə qədər AFFA tərəfindən 75 rayonda məktəblərarası mərhələ, play-off mərhələsi və final mərhələsi keçirilirdi. Bu il isə ilk dəfə test olaraq 8 məktəbdə məktəbdaxili mərhələnin seçimləri AFFA tərəfindən aparılacaq. Bu seçimlər eyni zamanda Grassroots planına uyğun olaraq həyata keçiriləcək. Bütün iştirakçılar (hər məktəbdən 300 şagird) AFFA-nın Qeydiyyat bazasına daxil olunacaq.