1718
"Yaxşı oyun oldu. Kubok matçı taktiki savaşdı. Birinci görüşdə uduzduq, cavab matçı Gəncədə olacaq. İnanıram ki, evdə biz istədiyimiz oyunu göstərə biləcəyik". Bu sözləri Azərbaycan kubokunun "İnter" ilə səfər oyunundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. O daha sonra heç də pis çıxış etmədiklərini bildirib: Sadəcə, uşaq səhvlərindən qollar buraxdıq. İki top buraxandan sonra bir qol vurmaq üçün irəli atıldıq. Belə də rəqib əks-hücumlara üstünlük verdi. Komandadan razıyam, iki qol epizodundan başqa. Oyunumuza zidd olan hesab oldu. Cütün taleyi hələ həll olunmayıb. Qarşıda daha bir çətin oyun var".
P.S. Azərbaycan kubokunun ¼ final mərhələsində “Kəpəz” Bakıda “İnter” ilə qarşılaşıb. İlk hissədə qapılara top vurulmasa da, rəqib fasilədən sonra iki dəfə fərqlənməyə nail olub – 2:0.