2139
"Neftçi” PFK-nın futbolçuları – Jonas Pessalli və Rəhman Hacıyev klubun rəsmi saytına açıqlama veriblər. Komandanın üzvləri Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə” üzərində qələbə haqda danışıblar:
Jonas Pessalli: "Komanda halında yaxşı oyun göstərdik. Müdafiədə diqqətli oynadıq və əks hücumlardan yaxşı istifadə etdik. Cavab oyununda da azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlara minnətdarıq ki, səfər oyunu olmasına baxmayaraq, gəlib bizə sonadək dəstək oldular. Gələcək oyunlarda da onlardan dəstək gözləyirik. Çalışacağıq ki, bundan sonra müsbət nəticələr qazanaq. Bu gün 3 qol vurdum, amma əsas məsələ mənim fərqlənməyim deyil, komandamızın qələbə qazanmağıdır. Bu qollarda bütün komanda üzvlərinin payı var. Qələbə münasibəti ilə bütün "Neftçi” azarkeşlərini təbrik edirəm”.
Rəhman Hacıyev: "Bu gün meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyunumuz alındı, qalib gəldik. Amma hələ qarşıda cavab görüşü var. Mərhələni keçmək üçün həmin oyunda da eyni istəklə meydana çıxmalıyıq. Başa düşürük ki, arxayınlaşmaq olmaz”.