bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Ronaldo bombardirdir, amma Messi əsil futbolçudur"

14.12.2016 11:15 Oxundu 2065

"Betis"in sabiq sabiq baş məşqçisi Pepe Mel dördüncü dəfə "Qızıl top"a layiq görülmüş "Real"ın hücumçusu Kriştianu Ronaldo ilə "Barselona"nın 5 "Qızıl top"lu forvardı Lionel Messi arasında müqayisə aparıb. O deyib: "Ronaldo gördüyüm ən yaxşı bombardirdir. Və bu, müzakirə mövzusu olmamalıdır. O, "ikinci mərtəbədə" yaxşı oynayır, hər iki ayağı ilə güclü zərbələr vurur, fiziki cəhətdən də güclüdür. Amma Messi - futbolçudur. Hamımıza Messi olmaq arzulayardım. O, inanılmaz istedada malikdir. Məncə, bu insan futbolçuya aid bütün məziyyətləri özündə cəmləşdirib".