bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Real"ın prezidenti Yaponiyda oyunçulara nələr dedi?

14.12.2016 11:39 Oxundu 1896

"Real" Madridin prezidenti Florentino Peres Yaponiyada klubunun üzvləri ilə görüşüb. "Kral klubu"nun başçısı futbolçularla söhbət zamanı futbol üzrə Klublararası Dünya Çempionatının qalibi olmağın vacibliyindən danışıb. Bundan başqa o deyib ki, oyunun taleyini matçın son dəqiqələrinə saxlamağın heç bir mənası yoxdur. O hətta İspaniya çempionatının 15-cü turunda "Deportivo" ilə (3:2) ev oyununu da misal çəkib. (Xatırladaq kı, "Real" bu oyunun 90+2-də Ramosun qolu ilə qələbə qazanıb).

Qeyd edək ki, Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinalında İspaniyanın "Real Madrid" klubu Meksika "Amerika" ilə qarşılaşacaq. Yarımfinal görüşləri 14-15 dekabrda, 3-cü yer uğrunda və final matçları isə 18 dekabrda olacaq.