2008
Dekabrın əvvəlində marketinq agentliyi "Verve Search" və Norveç kompaniyası "Axo Finans" həftədə ən azı 100 min avro qazanan 112 futbolçunun siyahısını dərc edib. İlk iyirmilikdə İngiltərə Premyer Liqasının 8 oyunçu da yer alır. Onlardan 5-i (Poqba, Runi, İbrahimoviç, De Hea və Şvaynştayger) "Mançester Yunayted"də çıxış edir. İkisi (Aquero və Tur) "Siti"də, biri isə Eden Azardır ("Çelsi"). Siyahıda 5 "Arsenal" futbolçusu da yer alıb. Məlumata görə, "Arsenal"ın ən çox qazanan futbolçuları Aleksis Sançes və Məsut Özildir ki, onların da qazancları "Mançester Yunayted"in ulduzlarındand iki dəfə azdır. Məhz elə bu səbəbdən Aleksis Sançes və Məsut Özil "Arsenal"la müqavilələrinin müddətlərini uzatmağa tələsmirlər.