bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Şapekoense" "İnternasional"la qarşılaşacaq

14.12.2016 12:47 Oxundu 1987

Braziliyanın "Şapekoense" futbol komandası noyabrın 29-da baş vermiş təyyarə qəzasından sonra ilk dəfə gələn ilin yanvarın 29-da rəsmi matçına çıxacaq. goal.com-un məlumatına görə, "Şapekoense" ştat çempionatında "İnternasional"la qarşılaşacaq. Klubun prezidenti bildirib ki, "Şapekoense"nin yeni heyəti B seriyasında çıxış edən gənclərdən ibarət olacaq.
Qeyd edək ki, göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə istiqamətlənib.Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu - Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada dünyasını dəyişib.