bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Qvardiola: "Postumdan kənarlaşdırıla bilərəm"

14.12.2016 14:24 Oxundu 1894

"Şəhərlilər"in - "Mançester Siti"nin Premyer Liqanın son iki turunda məğlubiyyəti (onun komandası "Çelsi" (1:3) və "Lester"ə (2:4) məğlub olub) komandanın baş məşqçisi Xosep Qvardiolanı, sözün həqiqi mənasında, düşünməyə vadar edib. Odur ki, o deyib: "İlk dəfədir ki, uzun müddət qalibiyyətə həsrət qalmışam". "Klub rəhbərliyinin calışdırıcıya münasibəti müsbət nəticədən çox asılıdır", - deyən baş məşqçi buna görə klubdan qovulmaq ehtimalının ola biləcəyini vurğulayıb: "Karyeram ərzində heç vaxt qovulmamışam. Əgər komandama qalibiyyət qazandıra bilməsəm, postumdan kənarlaşdırıla bilərəm".