bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

“Kaşima” finala çıxdı

14.12.2016 15:50 Oxundu 1791

Yaponiyada keçirilən klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib. Bu, turniri təşkil edən ölkənin “Kaşima” klubu olub. Yarımfinalda “Atletiko Nasional”la qarşılaşan asiyalılar asan qələbə qazanıblar. Belə ki, “Kaşima” Kolumbiya təmsilçisinin qapısından 3 cavabsız top keçirib. “Kaşima”nın finaldakı rəqibi sabah keçiriləcək “Amerika” (Meksika) – “Real” (Madrid, İspaniya) matçından sonra müəyyənləşəcək.