bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Yaşinin "Qızıl top"u geri alınıb?

14.12.2016 18:18 Oxundu 2025

2016-cı ilin əvvəlində "France Football" jurnalı 1956-ci ildən başlayaraq "Qızıl top"a layiq görülənləri yenidən araşdırmağa başlayıb. Nəticədə belə qərara gəliblər ki, 12 mükafatın sahibi "düzgün" müəyyənləşdirilməyib.

Sən demə, bu mükafatın qiyabi, heç bir rəsmiyyət olmadan əlindən alınanları arasında SSRİ-nin və "Dinamo" Moskvanın qapıçısı Lev Yaşinin adı varmış. Kiyev "Dinamo"sunun oyunçusu İqor Belanov da bu cəzadan yaxa qurtara bilməyib. Məlumat üçün bildirək ki, sovet dönəmində bu mükafata Yaşin (1963), Bloxin (1975) və Belanov (1986 )layiq görülmüşdülər.