1921
"Azərbaycan futbolundakı problemlər hər kəsə bəllidir. Çempionatın keyfiyyəti çox aşağıdır. Biz bunu qaldırmasaq, çətin olacaq. Nəzərə alın ki, millidə çıxış edənlərin əksəri Azərbaycan çempionatında top qovur. Ölkədə cəmi iki yaxşı komanda var - "Qarabağ" və "Qəbələ". Digərlərində ya yaxşı futbolçu yoxdur, ya da maliyyə problemləri komandanı sıxır. Keyfiyyət yuxarı qalsa, milli daha yaxşı oynayar. Yığmanın üzvlərindən legioner həyatı yaşayanlar isə heç də həmişə əsas heyətə düşmürlər. Bu da böyük problemdir. Onlar daim oynamalıdırlar ki, komandaya xeyirləri dəysin". Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qafqazinfo.az-a müsahibəsində deyib. Daha sonra o bildirib: "Siz Almaniya, Şimali İrlandiya, Çexiya və Norveçin futbolçularına baxın. Daim yüksək səviyyəli oyunlarda meydana çıxırlar. Bizdə isə elə deyil. "Qarabağ" və "Qəbələ" Avropa Liqasında oynayırdılar. Onların futbolçuları güclü rəqiblərə qarşı çıxış edirdi. Amma bu da azdır. Yəni onunla hər şeyi həll etmək olmaz. Güclü millilərə qarşı yüksək səviyyədə futbol təcrübəsi ilə çıxış etmək lazımdır. Millinin uğurunun açarı da klublardadır".