14.12.2016 20:18
1830
1830
"Rubin"in və Kamerun millisinin 29 yaşlı yarımmüdafiəçisi Aleks Sonq karyerasını Türkiyənin "Osmanlıspor"unda davam etdirə bilər. Sonq bu klubla 3 illik müqavilə imzalamağa hazırdır. Hazırda klub rəsmiləri "Rubin"lə keçid şərtləri ilə bağlı danışıqlar aparırlar.
Xatırladaq ki, Aleks Sonq azad agent kimi ötən yayda kazanlılarla müqavilə imzalayıb. O, Rusiya çempionatında 9 oyun keçirib, iki məhsuldar ötürməsi var. O, 2005-ci ildən çıxış etdiyi Kamerun millisində isə 49 oyun keçirib.
Qeyd edək ki, A.Sonq 2012-ci ildən "Barselona"da oynayırdı.