14.12.2016 20:45
1760
1760
Yaponiyada keçirilən Klublarası Dünya Çempionatının yarımfinalında tarixi an yaşanıb. Belə ki, Kolumbiyanın "Atletiko Nasional"ı ilə Yaponiyanın "Kaşima" komandaları arasındakı görüşdə matçın macarıstanlı hakimi Viktor Kaşşai qarşılaşmanın 33-cü dəqiqəsində videotəkrara baxıb əmin olduqdan sonra "Atletiko Nasional"ı 11 metrlik cərimə zərbəsi ilə cəzalandırıb. Yaponiya təmsilçisi isə bundan maksimum faydalanıb (Qarşılaşma "Kaşima"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb).
Qeyd edək ki, FİFA-nın yeni prezidenti İnfantino 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatında videotəkrarlardan istifadə edilməsini istəyir.