14.12.2016 21:01
1614
1614
Əfqanıstanda plastik paketdən hazırladığı Lionel Messi formasını geyinərək sosial şəbəkələrdə məşhurlaşan 6 yaşlı Murtuza Əhməd arzusuna çatıb. Argentinalı hücumçu Qətərdə onunla görüşüb. Onların görüşünü Əfqanıstanın Futbol Federasiyası təşkil edib. "Barselona"nın "Əl Əhli" ilə yoxlama oyunu üçün Qətərə gələn Messi stadiona azyaşlı fanatı ilə çıxıb. Oyun katalonların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.