15.12.2016 09:46
1819
1819
AVRO-2020-nin final mərhələsinin daha bir loqotipi təqdim olunub. Yarışa ev sahibliyi edəcək 13 ölkədən biri olan Belçikanın paytaxtı təqdimat mərasimi keçirən 10-cu şəhər olub.Bütün loqolarda olduğu kimi Brüsselin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birliyi əks etdirir. Belçikada Sobeski körpüsü loqoya düşüb.
Qeyd edək ki, Brüssel qrup mərhələsinin 3, 1/8 finalın 1 oyununu qəbul edəcək.