1832
İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub. Bu turda "Mançester Yunayted" səfərdə "Kristal Pelas"ı məğlub edib (Qollar: Makartur, 66 - Poqba, 45+2, İbrahimoviç, 88). Matç barədə danışan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo qələbəni şərh edərkən oyunda "qırmızı şeytanlar"ın güclü olduğunu vurğulayıb: "Biz layiqli qələbə qazandıq. Onu da deyim ki, rəqibin də bizə qarşı ciddi reaksiyası oldu. Elə belə məqamların birində onlar bir qol vura bildilər. Birinci hissədə biz ən azı iyirmi dəqiqə topa nəzarət edən tərəf olduq, yəni oyuna tam hakim olduq. Çox qol epizodları yaratdıq, çünki bizim məqsədimiz qalib gəlmək idi".
Baş məşqçi bu oyunda Poqba və İbrahimoviçdən çox razı qaldığını da dilə gətirib: "Düşünürəm ki, hər ikisi yaxşı oyun nümayiş etdirdi. Onlar fantastik oynadılar".