bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Futbol tarixinin ən yaxşı müdafiəçisi Ramosdur"

15.12.2016 11:31 Oxundu 1929

"Bavariyanın" baş məşqçisi Karlo Ançelotti: "Real"ın müdafiəçisi Serxio Ramosu futbol tarixinin ən yaxşı müdafiəçisi hesab edirsinizmi?" sualına belə cavab verib: "Serxio Ramos digər müdafiəçilərdən fərqlənir. Mənim fikrimcə, indiyədək heç bir müdafiəçi onun qədər çox qol vurmayıb. Bu mənada o, planetin ən yaxşı müdafiəçisidir. O həmçinin müdafiədə də yaxşı oyun göstərir. Mən deyərdim ki, o, ən yaxşılardan biridir".

Qeyd edək ki, 30 yaşlı Ramos cari mövsümdə "Real"ın heyətində 14 rəsmi matçda iştirak edib və 5 qol vurub. Bir ötürməsi ilə qolla nəticələnib.