bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo: "... ili major notlarda yekunlaşdıracağıq"

15.12.2016 11:51 Oxundu 1871

"Klublararası dünya çempionatı bizim üçün çox dəyərlidir. Buna görə də, çempion olmağı arzulayırıq. Əgər istəyimizə çatsaq, ili major notlarda yekunlaşdıracağıq". Bu sözləri Klublarası dünya çempionatının yarımfinalında bu gün keçiriləcək "America" ilə qarşılaşmadan öncə açıqlamasında Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldo deyib. O həmçinin Yaponiyaya turist kimi gəlmədiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, "Real" turnirin yarımfinal mərhələsi çərçivəsində qələbə qazanacağı təqdirdə finalda Yaponiya təmsilçisi "Kaşima"ya rəqib olacaq.