15.12.2016 12:24
1631
1631
"Fikrimcə, biz onu uzun müddətə itirdik.Çünki İlkayın zədəsi ciddidir". Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının aparıcı oyunçularından biri 26 yaşlı İlkayın zədələnməsi ilə bağlı sualı cavablandırarkən deyib. O həmçinin bildirib: "Fikrimcə, uzun müddət İlkayı yaşıl meydanlarda görə bilməyəcəyik".
Qeyd edək ki, İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində "Uotford"la qarşılaşmada dizindən xəsarət alan Türkiyə əsilli oyunçu İlkay Gündoğan 44-cü dəqiqədə Fernando ilə əvəzlənib.
Məlumat üçün bildirək ki, "Mançester Siti" "Uotford"u 2:0 hesabı ilə məğlub edib.