15.12.2016 13:31
1859
1859
Bu gün komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən 2016-cı il üçün Azərbaycanın ən yaxşı məşqçisi seçilən Qurban Qurbanovun müfakatlandırma mərasimi keçirilib. Mərasimdə “Qarabağ” klubunun nümayəndələri, jurnalistlər və Q.Qurbanovun özü iştirak edib. Tədbirdə saytın rəhbərliyindən Natiq Muxtarlı və Rəşad Ergün çıxış edərək sorğu baradə məlumat verib və Q.Qurbanovu təbrik ediblər.
Q.Qurbanov özü çıxışında ona səs verdikləri üçün jurnalistlərə təşəkkürünü bildirib.
Xatırladaq ki, jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Qurban Qurbanov (47 səs) birinci, Robert Prosineçki (16) ikinci, Roman Qriqorçuk (4) isə üçüncü yeri tutublar.