bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” Vançe Şıkov ilə vidalaşdı

15.12.2016 14:13 Oxundu 2009

“Neftçi” PFK yenə əcnəbi oyunçu ilə vidalaşıb. Söhbət mövsümlərarası fasilədə komandaya gətirilən makedoniyalı futbolçu Vançe Şikovdan gedir. Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, mövsümün əvvəlində “Austriya” klubundan transfer edilən 31 yaşlı oyunçu “Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.Qeyd edək ki, Vançe Şikovadək “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.