15.12.2016 17:13
1891
1891
Klublararası dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib.Yaponiyada təşkil edilən yarışın növbəti finalçısı “Real” olub.“Kral klubu” Yokoqamanın “Nissan” stadionunda keçirilən yarımfinal görüşündə Meksika təmsilçisi “Amerika”ya qalib gəlib – 2:0. Kərim Benzema (45+2) və və Kriştianu Ronaldonun (90+3) vurduğu qollar “Real”ı dünən finala adlayan “Kaşima”ya rəqib edib.
Qeyd edək ki, həlledici görüş dekabrın 18-də keçiriləcək.