15.12.2016 17:41
1965
1965
Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter” ilə səfər oyunundan sonra bir gün istirahət edən “Kəpəz” bu gün Bakıda məşqləri bərpa edib. Komanda Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ” ilə rəqib meydanında keçirəcəyi oyuna hazırlaşır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşqə çıxan “sarı-göylər” sabah Qəbələyə yollanacaq. Gəncə klubu çempionat matçı öncəsi son məşqinə Qəbələ şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.