15.12.2016 23:05
1976
1976
UEFA-nın prezidenti Aleksander Çeferin bildirib ki, onun rəhbərlik etdiyi qurum hələlik futbol matçlarında videotəkrarlardan iştifadə etməyi planlaşdırmır: "Mənim üçün videotəkrarlar sisteminin tətbiqi bir sınaqdır. Hazırda mən bizim UEFA-nın bayrağı altında videotəkrarlardan nə zaman istifadə olunacağını deyə bilmərəm. Baxaq görək, bununla bağlı gələcəkdə nələr baş verəcək. Amma yenə deyirəm, amma indi belə bir sistemi tətbiqi etmək niyyətimiz yoxdur".
Xatırladaq ki, Yaponiyada keçirilməkdə olan klublararası dünya çempionatının yarımfinal mərhələsinin oyunlarında videotəkrar texnologiyasından istifadə edilib.