bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Kəpəz" azarkeşlərinə müraciət etdi

16.12.2016 08:23 Oxundu 1994

Məlum olduğu ki, Topaz Premyer Liqasının XIV turunun “Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirilib. “Kəpəz” – “Qəbələ” oyunu üçün bir neçə gün öncə satışa çıxarılmış biletlərin müəyyən qismi artıq azarkeşlər tərəfindən alınıb. ”Kəpəz” PFK əvvəlcədən bilet alan azarkeşləri narahat olmamağa çağırır və bildirir ki, həmin biletlər Azərbaycan kubokunun ¼ final mərhələsinin “Kəpəz” – “İnter” komandaları arasındakı cavab oyunu üçün keçərli olacaq.

Bilet alan hər bir azarkeşdən bunu nəzərə almalarını xahiş edirik.